"Karantin olduğu üçün biznesimi genişləndirdim. İndi evlərdə məclislər təşkil olunur. Mən də qab-qacaq kirayəsinə, aşpaz heyətinin təşkilinə başladım".
HİT.az xəbər verir ki, bu szöləri müğənni Xuraman Şuşalı "MTV Azərbaycan"a açıqlamasında deyib. O bildirib ki, xına biznesini genişləndirib:
"Digər təşkilatçı şirkətlər mənə çox mane olmağa çalışdılar. Gedib mənim danışdığım məclisin sahibinə daha ucuz qiymət deyib, işimi almağa çalışdılar. Amma dedim ki, görün kimlə üz-üzə gəlirsiz. Bu heyət məndə varsa niyə bu işi də görməyim?".