Müğənninin qaçırılan itlərinə görə 5 nəfər saxlanıldı 

MAQAZİN
22:55 / 01.05.2021
2714

Müğənni Ledi Qaqa son günlər itlərinin qaçırılması hadisəsi ilə gündəmdən düşmür.
Axşam.az xəbər verir ki, sənətçi itlərini geri qaytarana 500 min dollar mükafat verəcəyini açıqlayıb. Bundan sonra bir qadın onun itini tapdığını deyərək, ifaçıya qaytarıb.

Hadisə ilə bağlı polis ilk gündən araşdırma aparıb. Koci və Qustavo adlı itləri bir dəstənin qaçırdığı ortaya çıxıb. Onların beş nəfər olduğu bildirilib. Şübhəlilərdən üçü polis tərəfindən saxlanılıb. Günahkarlardan biri isə itlər oğurlandıqdan sonra Lediyə zəng edib, itləri tapdığını deyən Cennifer Makbrayd adlı qadın olub. Qadın iti qaytardıqda müğənninin 500 min dollar mükafatını almaq istədiyini söyləyib.

Polis tərəfindən saxlanılar Cennifer hər şeyi etiraf edib. O bildirib ki, küçədə Qaqanın itləri gəzdirən köməkçisinə hücum etmək, heyvanları oğurlamaq planını əvvəlcədən qurublar. Onlar itlər üçün pul istəməyi planlaşdırıblar. İfaçı 500 min dollar mükafat verəcəyini deyəndə isə planı dəyişdiriblər.

Ledi Qaqanın itlərinə görə 5 nəfər saxlanılıb

1