Əfəndinin "Eurovision" geyimi tənqid edildi - FOTO

MAQAZİN
20:32 / 10.05.2021
1829

"Eurovision 2021" təmsilçimiz Samirə Əfəndinin yarışma üçün hazırlanan libasda görüntüləri müzakirələrə səbəb olub. 

Unikal.org xəbər verir ki, bir neçə gün əvvəl Rotterdama yola düşən və ötən gün yarışmanın keçirildiyi səhnədə ilk məşqini edən müğənninin fotoları və videosu yayımlanıb.

Səhnə şousu zamanı diqqət çəkən məqamlardan biri Samirənin paltarı olub. Modelyer Rüfət İsmayıl tərəfindən tikilən paltar bəyənilməyib. Belə ki, qara bodi tərzində libasın bənzəri bir müddət əvvəl Xalq artisti Aygün Kazımova tərəfindən geyinilib. İzləyicilər libasın həm Samirəyə yaraşmadığını, həm də təkrar olduğunu yazıblar.

Digər məqam isə ifaçını səhnədə müşayiət edən rəqqaslar olub. Əfəndi hündürboy rəqqaslar arasında daha qısaboylu görünüb.

Qeyd edək ki, S.Əfəndi yarışmada "Mata Hari" mahnısı ilə Azərbaycanı təmsil edəcək. "Eurovision" mayın 18-dən 22-nə kimi keçiriləcək. Samirə mayın 18-də birinci yarımfinalda səhnəyə çıxacaq.

0