“Eurovision-2019”un qalibi finalda canlı çıxış etməyəcək

19:10 / 20.05.2021
1002

“Eurovision-2019”un qalibi Dunkan Lourens koronavirusa yoluxub və builki müsabiqənin final mərhələsində canlı çıxış edə bilməyəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün “Eurovision”un təşkilatçıları məlumat veriblər.

“Lourensin şənbə günü finalda çıxış edəcəyi planlaşdırılmışdı, ancaq onun koronavirus testi müsbət çıxıb. Lourens xəstəliyi yüngül keçirir. Ancaq məcburi yeddi günlük təcrid müddəti səbəbilə o, Rotterdamdakı konsert zalında canlı ifa edə bilməyəcək”, - məlumatda deyilir.

Bununla belə, son qalibin başqa formada - səsyazma vasitəsi və ya videoəlaqə ilə auditoriya qarşısına çıxması planlaşdırılır.

1