“Fatimə çox pis yalan danışır” - Rəhim MTV-dəki qadağalardan danışdı

MAQAZİN
20:56 / 14.06.2021
1759

Müğənni Rəhim Rəhimli MTV kanalında direktor olduğu ərəfədə qadağa qoyduğu sənət adamlarından danışıb.

Sənətçi bu haqda "ATV maqazin onlarla" proqramında danışıb. O, Xalq artisti Röya Ayxan, rəqqasə Fatimə Fətəliyeva, müğənni Kərim Abbasovun kliplərinə qadağa qoyduğunu etiraf edib:

"Röyanın klipləri gedirdi. MTV-də səhər, günorta, axşam klipi yayımlanırdı. Necə qadağa ola bilərdi? Fatimənin ATV-də efirə çıxmasına mən kömək etmişəm. Proqramda ilk veriliş mənim şou proqramım olub. Şou gedirdi, rəqqasə lazım oldu. Bir dostum dedi ki, əla rəqs edən qız var, rəfiqəmin qızıdır. Fatimə gəldi, rəqsini bəyəndik. Beləcə, Fatiməni gətirdik efirə. Bir gün Fatimənin evindən reportaj hazırlanır, ona yardım edənlər arasında mənim adım çəkilmir. İncidim, ona görə də Fatimənin heç bir ailə məclisinə getməmişəm. Fatimə yalan danışır, çox pis yalan danışır. Bir dəfə də mənə zəng edib ki, məclis qiymətini de. Qiyməti dedim, qayıtdı ki, olar onun üstünə pul qoyum? Dedim, buna ehtiyacın yoxdur, ayıb deyilən bir şey var. Düşünmürsən ki, bu adamın hesabına efirə gəlmişəm.

Kərim verilişlərin birində dedi ki, MTV-də klipim getsə, nə olar, getməsə, nə. O zaman düyməni basdım ki, stop".

0