Əməkdar artist Vasif Məhərrəmli qızına verdiyi sözdən danışıb.
HİT.az xəbər verir ki, sənətçi bu haqda "Gün ortası" proqramında bəhs edib. O bildirib ki, qızı Əfşana maşın almaq söz versə də, etməyib:
"Söz vermişdim ki, universitetə girsə, maşın alacam. 650 bal topladı və ADA-ya daxil oldu. Amma almadım. Maşını hara sürsün? Universitet yoxdur, dərslər onlayn oldu. Bircə dəfə gedib uşaqlarla tanışlıq üçün. Onda da maşın aparıb-gətirib".
V.Məhərrəmli "Ailədə hansı qadağalar qoyursuz" sualına belə cavab verib:
"Ailədə qadağaya ehtiyac yoxdur. Qadın, övlad özü bilməlidir ki, nə olar, nə olmaz. Ümumi, ailə modeli var. Onu kişi, ən əsas da qadın bilməlidir. Evdə cədvəl yazıb qoymamışam ki, bu olar, bu yox. Qızım da, oğlum da bilir ki, ata sözü nədir, ana sözü nədir".