Xalq artisti Mələkxanım Əyyubovanın rəssam qızı Nəzrin nişanını qaytarıb.
HİT.Az xəbər verir ki, bu haqda Nəzrin Nəcəfova sosial şəbəkə hesabında yazıb. O, izləyicilərinin ona ünvanlandığı “Nişanlısınız?” sualına belə reaksiya verib:
“Bu sual çox gəlib, hər dəfə də cavablamaq istəmirəm. Bu son cavabım olacaq. Nişanlı deyiləm, xahiş edirəm bundan sonra şəxsi həyatla bağlı suallar verməyin”.