"Təbii gözəl mənəm. Anadan necə doğulmuşam, elə də oturmuşam".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "ATV maqazin onlarla" proqramında deyib. O, "Azərbaycan şou-biznesində gözəl saydığınız 3 ad deyin" sözlərinə belə cavab verib:
"Hamısı əməliyyatdıdır. Həm xarici, həm daxili gözəllik Allahdan olmalıdır. Nisə Qasımova, Brilliant Dadaşova, Flora Kərimova, Zülfiyyə Xanbabayeva, Röya Ayxan, Natavan Həbibi, Elnarə Xəlilova əməliyyat edib. Hər yaşın öz tələbləri var. Hamısı bu bağçanın gülləridir. Almaz Ələsgərli əsl xanımdır. Onlar artıq simadırlar. Ehtiyac varsa, əməliyyat etmək olar. Amma məsləhət görərdim ki, etməsinlər. İstərdim ki, bir uşağı görəndə deyim, nənəsinə oxşayır. İndi amma hamısı bir-birinə oxşayır".
axsam.az