Aparıcı Zümrüd Bədəlova avtomobil qəzası keçirib.
Bu barədə aparıcı İnstaqram hesabında məlumat verib. O bildirib ki, özünü pis hiss etdiyi üçün avtombili yolun kənarında parklayıb:
"Özümü yaxşı hiss etmədim və maşını sağda saxladım. Qırmızı avtomobilin sürücüsü bilmirəm yatmışdı, ya nə edirdisə, o boyda maşını görmədi.
Şeytan özü gəlir tapır adamı. Burnum, alnım, üzüm getdikcə şişir, çatlayıb. Amma insanlar mənə güvənib, toyunu həvalə edib. Hiss etdirmədən səhnəyə çıxdım. Budur həyatım. Ay bəxtəvərlik verənlər, çörək pulu dalınca qaçırıq, bu da sonu. Bəlkə də beynim silkələnib, amma həkimə yox, toy aparmağa gəlmişəm. Arzu edirsiniz bu yaşamı? Gəlin verim sizə".
Axsam.az