Məşhur müğənni Sinan Akçıl yeni açıqlaması ilə gündəmə gəlib.
HİT.az xəbər verir ki, “Haber global”a qonaq olan sənətçi Şuşaya gələrək “Sən daim yaşa, Azərbaycan” mahnısını ifa edəcəyindən danışıb:
“Yaxın zamanlarda Azərbaycanın Türkiyədəki konsulluğu ilə əlaqə saxladım. Bütün planlar həyata keçirilir. O mahnını orada səsləndirəcəm. Bu sadəcə söz olaraq qalmayacaq.
Azərbaycanda bizə böyük sevgi var. “Bakıya gedib 3 qat pul qazanaram” kimi düşünən həmkarlarım var. Lakin mən o torpağı çox sevirəm. Orada insanların mənə qarşı çox səmimi duyğuları var. Çox qonaqpərvər insanlardır.
Qeyd edək ki, Sinan Akçıl Vətən müharibəsi zamanı sosial şəbəkə hesabında dəfələrlə Azərbaycana dəstəyini nümayiş etdirib.