Ukraynalı müğənni İrina Bilık və Rusiyada yaşayan Azərbaycan əsilli rejissor Aslan Əhmədov rəsmən boşanıblar.
HİT.az lent.az-a istinadla bildirir ki, İrına Bilık ötən yazda ikinci övladının atası olan Aslan Əhmədovdan boşanması ilə bağlı iddia ilə məhkəməyə müraciət edib.
Buna səbəb rejissorun həmin an artıq bir ildir oğlu Təbrizi görməyə gəlməməsi olub. İki ölkədə yaşamaq münasibətlərin pozulması ilə nəticələnib. İrına Bilık artıq rəsmən boşanmış sayılır.
Bu barədə müğənni özü məlumat yayıb. Onların sülh yolu ilə ayrııldıqları söylənilir. Müğənninin daha əvvəl etiraf etdiyi kimi, Aslan çox yaxşı atadır.
Hər halda, sənətçi keçmiş əri ilə dost olmağa və hətta işlərinə davam etməyi planlaşdırır. Aslan Əhmədov məşhurların videolarının daimi rejissorudur.
Xatırladaq ki, İrina Bilık Aslan Əhmədovla 2015-ci ilin mart ayında evlənib. Bundan bir ay əvvəl onların Təbriz adlı oğlu doğulub. Oğlanı surroqat ananın dünyaya gətirdiyi bildirilir.