Elşən Xəzərin övladının toyu oldu - FOTO

MAQAZİN
11:30 / 07.08.2021
2006

Məşhur meyxanaçı Elşən Xəzər övladına toy edib.

Sənətçinin oğlu Allahverdi subaylığın daşını ataraq ailə həyatı qurub.

Toy paytaxtdakı məkanların birində baş tutub.

Bu şad günündə Elşən Xəzəri meyxanaçı həmkarları tək qoymayıblar.

Onlar sənət dostlarının övladının xeyir işində iştirak edərək lentə alınan fotoları “Instagram” hesablarında yayımlayıblar. Meyxanaçılar arasında Pərviz Bülbülə, Rəşad Yasamallı, Mehman Əhmədli, Tərlan Novxanı və digərləri olub.

0