Nəzrin Cavadzadə İstanbulda qalmaqal yaratdı - FOTOLAR

MAQAZİN
14:33 / 11.08.2021
3059

Aktrisa Nəzrin Cavadzadə İstanbulda gərginlik yaradıb. 

N.Cavadzadə Nişantaşında müxbirlər tərəfindən bir vəkil ofisinin qarşısında maskasız görüntülənməsinə etiraz edib. 

Bildirilir ki, fotoqraflardan qaçan və binanın önündə gözləyən turistlərin arasında qalan aktrisa, əvvəlcə təşvişə düşüb. O, yenicə çıxdığı binaya geri dönmək istədikdə isə qapının bağlı olduğunu görüb və “Tez qapını açın”,- deyərək içəridəkilərə səslənib. 

Cavadzadə bunun ardınca media nümayəndələrinə “O şəkilləri siləcəksiz, istəmirəm”,- deyərək iradını bildirib. 

Belə aydın olub ki, aktrisa üzərinə qəhvə dağıdıb və qapıda yeni libas gözləyirmiş.

0
qafqazinfo.az