Ağadadaş Ağayev yenidən Türkiyəyə gedir

MAQAZİN
20:28 / 12.08.2021
1862

Xalq artisti Ağadadaş Ağayevin səhhəti yaxşılaşıb.

Bu barədə "Report”a müğənninin oğlu Səbuhi Ağayev məlumat verib.

O, atasının hazırda toy məclislərində də iştirak etdiyini bildirib: "Həkimlər deyir ki, onun səhhəti yaxşılığa doğru gedir. Elə özümüz də bunu müşahidə edirik. Atam xəstəliyin ilk vaxtlarından 3 aydan bir müayinə üçün Türkiyəyə gedirdi. Avqustun 20-dən sonra yenidən İstanbula gedəcək. Bu müayinədə xəstəliyin müalicəsində irəliləyişlə bağlı diaqnoz qoyulacaq”.

Qeyd edək ki, Xalq artisti uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir.

4