Sevinc Əliyevadan xəbərdarlıq: \"Keçmiş həyat yoldaşımın adından istifadə...\"

10:44 / 22.08.2021
3612

Məşhur aktrisa Sevinc Əliyeva ikinci dəfə ailə qurması haqqında yayılan xəbərlərə münasibət bildirib.

HİT.az xəbər verir ki, Sevinc Əliyeva Instagram" hesabında bu sözləri yazıb:

"Ailə qurmağım haqqında xəbərlər oxudum. Açığı deyim ki, yalan yayılan bu məlumata çox pis oldum. Məqsədim heç vaxt şəxsi həyatımla gündəmə gəlmək olmayıb. Bunun üçün də addım atmamışam. Hər kəsə bildirmək istəyirəm ki, həyatımda bir dəfə ailə qurmuşam və həmin nikahdan üç gözəl övladım dünyaya gəlib. İkinci dəfə ailə qurmaq fikrim yoxdur. Evlənsəm belə, bunu xəbər portallarından deyil, məndən biləcəksiniz. Media işçilərindən xahiş edirəm ki, nə mənim keçmiş həyat yoldaşımın adından istifadə edin, nə də məlumatı dəqiqləşdirməmiş paylaşın!".

Qeyd edək ki, aktrisa rejissor Fuad Əlişovla evli olub. Cütlüyün üç övladı var.

2