Manaf Ağayev haqqında deyilən fikirdən dəliyə döndü: “Mənim anam, bacım...”

MAQAZİN
17:33 / 14.09.2021
3049

"Mən heç vaxt belə söz işlədə bilmərəm. Mənim anam, bacım, qardaşım hamısı metro ilə gedib-gəlir. Uşağam, dəliyəm, başım xarabdı? Qardaşlarım, qardaşım uşaqları hamısı tələbədir və metro ilə gedib-gəlir. Metro ilə gedib-gələnlər mənim millətimdir”.

Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Manaf Ağayev sosial şəbəkədə onun adından yayılan "Müğəninin metrodan istifadə etməsi doğru deyil. Deməzlər ki, bu nə gündədir ki, metro ilə gedir? Mən özümə o sözü dedizdirmərəm. Metro bizlər üçün deyil" fikirlərinə aydınlıq gətirərkən deyib.
 
Müğənni tez-tez metrodan istifadə etdiyini vurğulayıb: 

"Özüm bir ay bundan əvvəl  metroda olmuşam, çəkiliş etmişəm. Həyatım boyu o səhvi etmərəm, ayıb olar, bütün tələbəliyim metroda keçib. Dünyada ən sevdiyim marşrut metrodur, xətasız, bəlasız, tez gedən. 30 qəpik verib gedirsən. Bu məsələ 4 il öncə Tolikin verilişində olub. Deyir ki, bir müğənni var, deyib ki, "metro ilə toya getmərəm”. Dedim onu niyə qınayırsınız? Təsəvür elə bir Xalq artistidir, geyimli və makyajlı minir metroya, hamı da onu görüb deyir ki, bunun 5 manatı yoxdur taksiyə minib getsin? Vəssalam. Məndən çox metroya minən yoxdur”.

Manaf Ağayev deyir ki, onun böyük qardaşı metro ilə gedib-gəlir:

"Belə çıxır ki, ona lağ edirəm? Belə şey olar. Haqqı-ədaləti unutmayın. 57 yaşım var, ayıb deyil? Mən kasıbın yanında olmuşam, metroda ziyalılar, müəllimlər gedir. Mən onu necə deyə bilərəm? Bunu hansı dəli deyə bilər? Mən bunu demərəm. Tolikə demişəm ki, verilişindəki kadrları ver mənə, görsünlər demişəmmi? Onu paylaşacağam”.

Qeyd edək ki, müğənni Manaf Ağayev sosial şəbəkə izləyiciləri tərəfindən tənqidə tuş gəlib. Buna səbəb onun guya "Müğəninin metrodan istifadə etməsi doğru deyil. Deməzlər ki, bu nə gündədir ki, metro ilə gedir? Mən özümə o sözü dedizdirmərəm. Metro bizlər üçün deyil", -deyə deməsidir. 

2