“Bir təyyarə almışam, onu da göstərəcəm” – Afət Fərmanqızı

MAQAZİN
20:59 / 15.09.2021
1875

"Evi olmayan, evi olanı söyür. Allahın işidir, zəlzələ olar, hamısı gedər. O nöqteyi-nəzərdən paylaşmamışam ki…”

Bu sözləri müğənni Afət Fərmanqızı “İnstagram”da canlı yayım zamanı deyib. 

Bir neçə gün öncə evinin fotolarını paylaşdığı üçün tənqidlə üzləşən müğənni əleyhdarlarına yanıq verdi:

"Bəzən nəsə paylaşanda mənə acıqları tutur. Məsələn, avtomobilin cilalama prosedurunu hədiyyə edirlər. Onun da qiyməti 2-3 min manatdır. Niyə pul verməliyəm? Reklam edib, paylaşıram. Eyni zamanda yükdaşıma şirkətini reklam edirəm, 1000 manat cibimdə qalır. 

Kimin evi yoxdur ki? Qonşunun evini göstərmirəm ki, öz evimdir. Hələ ölkəyə qayıdım, bir təyyarə almışam, onu da göstərəcəm".

0