“Mən ümumiyyətlə yemək bişirməyi sevmirəm. Evin son beşiyi olmuşam. Buna görə də həmişə bacılarım yemək bişiriblər. Amma bu pandemiya vaxtı tək qaldıq. Köməkçilər gələ bilmədi. Beləliklə son vaxtlar yemək hazırlamağa başladım".
HİT.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "Günün sədası" proqramına qonaq olan zaman deyib. Sənətçi aparıcı Nanə Ağamalıyevanın “Evdə həyat yoldaşınız üçün yemək bişirirsiniz” sualına belə cavab verib:
“5 il olar bir dəfə belə də ət yemədim. Amma sonra artıq yeməyə başladım. Mən ətə, yağ vurmuram, öz yağında bişirirəm. Evdə sadəcə özüm üçün yemək hazırlayıram. Yoldaşıma yemək bişirmirəm. O, mənim yediyim yeməkləri xoşlamır. Qızlar ona ayrı yeməklər hazırlayırlar. O, əti pomidor, soğanla qızardılmış halda xoşlayır. Mən isə elə yeməyi sevmirəm”.