Afaq Gəncəlini kimin əvəz edəcəyi bilindi

18:00 / 28.09.2021
3102

Uzun illər Afaq Gəncəlinin təqdimatında nümayiş olunan "ATV maqazin onlarla" proqramının yeni aparıcısı bəlli olub.

Axşam.az-ın əldə etdiyi məlumata görə, verilişə yeni televiziya mövsümündən Nanə Ağamalıyeva aparıcılıq edəcək.

Proqramın yeni buraxılışları yaxın günlərdə tamaşaçılara təqdim ediləcək.

Qeyd edək ki, Nanə ATV-də "Günün sədası", "Nanəli" proqramlarını aparırdı.

Afaq Gəncəli bir müddət əvvəl ATV ilə yollarını ayırıb və bundan sonra fəaliyyətini Xəzər TV-də davam etdirəcək. Onunla birlikdə verilişin redaktoru Ruslan Ağayev, prodüseri Tural Nəbiyev də işdən ayrılıb.

1