Gəlinindən Mətanət İsgəndərli və oğluna ağır ittihamlar - VİDEO

MAQAZİN
13:49 / 06.10.2021
7876

“Mətanət İsgəndərlinin oğlu təzə istədiyi qızla istirahət edir, Mətanət də Türkiyədə qızının yanında olur. Mənim uşağım isə qulluqçunun yanında qalır. Övladı anadan ayırmaq günahdır. Hamı deyir ki, bunu edən insan qansızdır”.

Bu sözləri Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana Lent.az-a açıqlamasında deyib. O, açıqlamasında bir çox məqamlardan söz açıb:

“Hər dəfə məhkəməmiz uzanır. Nə səbəbə uzandığını bilmirəm. Haqq-ədalətin olacağına ümid edirəm. Biz elə ölkədə yaşayırıq ki, haqq-ədalət öz yerini tapacaq. Təsəlli olaraq özümü necə sakitləşdirəcəyimi bilmirəm. Bir ana olaraq mənə çox təsir eləyir. Əgər qanun varsa, övladlarım nəyə görə məndən ayrı qalmalıdır ki? Birinin 7, birinin 5, o birinin də 1 yaşı var. Onlara pis ana olmamışam. Hər zaman övladlarım üçün yaşamışam. Xalqımıza layiqli övlad yetişdirməyi düşünmüşəm. Mən başa düşə bilmirəm ki, Mətanət İsgəndərli özü bu həyatı yaşayıb, mənə də bu həyatı arzulayır. Çünki ayrılmadan öncə evdə söz-söhbətlər olanda mənə dedi ki, sənə mənim həyatımı yaşamağı arzu edirəm. Bu söz mənə çox təsir etdi. Övladlarına yaşatdığı zülmü mənim də övladlarıma çəkdirir. Mən heç zaman onlardan nəsə ummamışam. Heç vaxt deməmişəm ki, məni evinizə qeydiyyata alın. Hələ də ata evimdə qeydiyyatdayam. Onlar deyə bilməz ki, onlardan nəsə istəmişəm. Yalnız övladım üçün yaşayıram. Onlarla söz-söhbətim övladıma görə olub. Dedim ki, uşağa yaxşı müəllim tutaq. 

Canana daha sonra bildirib ki, M.İsgəndərlinin oğlu ona zülümlər verib və ondan ayrılandan sonra başqa qadınla münasibətə başlayıb:

“İki övladımız var idi, yoldaşım mənə dedi ki, mən övlad istəmirəm, saxlaya bilmirəm. Mən də anamı itirmişdim, istəyirdim ki, qızım olsun. Mənim həyatda bacım da olmayıb. Həmdə istəmişəm ki, oğlanlarıma bacı da olsun. Bundan başqa yoldaşım uşaqlara şiddət göstərirdi. Hirslənən kimi övladlarımı döyürdü. Anası da övladının tərəfini saxlayırdı. Heç bir sözümü yalan demirəm. Açıqlayıram ki, hər kəs bilsin. Mən 8 il nişanlı qaldım, həmin ərəfədə də mənə çox əzablar verdilər. Mətanət bunları gözəl bilir. Yenə də bağışladım, çünki Kərim mənə yalvardı, özünə qəsd eləmək istədi. Anam da xəstə oldu, dedilər ki, heç olmasa anan toyunu görsün. Məcburiyyətdən bu ailəni qurdum. Onlardan ayrı ev kirayələdim, bir il övladıma baxdım. Kirayənin pulunu da vermədilər. İndi 6600 AZN kirayə borcum qalıb. Uşağı məhkəmə qərarı olmadan məndən alıblar. Görmüşük ki, adamı 3 aya boşadarlar. Amma mənim bu məhkəmə işim hələ də uzanır. Niyə? Onlardan heçnə istəmirəm. Sadəcə mənə ev versinlər, övladımı kirayədə yox, normal evdə böyüdüm. Psixoloq olmadan övladlarımı danışdırdılar, fikirlərini yazdılar. Uşaqlarımı mənə qarşı öyrətdilər. Hələ biz məhkəməyə gedəndə dedilər ki, biz atamızı seçəcəyik. Biri var ki, kasıb olasan, heçnəyin olmaya, biri də var ki, hər şeyləri var. Amma hər şey Mətanət İsgəndərlinin adınadır. Oğlunun adına heçnə yoxdur. ( Kövrəlir ) Həqiqətən mənə ağır ghəlir, uşağımı votsapla yığıram, görürəm ki, böyük övladım mənə baxmaq istəmir. Bu mənə təsir edir. Hər zaman mənlə bir yerdə yatan uşaqlar olublar. İndi uşağım qulluqçunun qucağında yatır. İnsan nə qədər qəddar olar ki, körpəni anadan ayırar. Mətanət İsgəndərlidən soruşuram ki, mən sizə neyləmişəm? O mənlə prinsip aparır, deyir ki, mənə əyilməlisən. Day düşünmür ki, bu mübarizədə körpələr əziyyət çəkir. Mən övladlarımsız qala bilmirəm”.  

Qeyd edək ki, Canana müğənninin oğlu Kərimlə ailəlidir. Cütlüyün 3 övladı var. Onlar boşanmaq üçün məhkəməyə müraciət edib. Hazırda övladları Cananadan alınıb. 

 

5