Xalq artisti Canəli Əkbərov bu gün vəfat edib.
Hit.az xəbər verir ki, bu barədə onun oğlu Sabir Əkbərov məlumat verib.
Qeyd edək ki, xanəndə iki gün əvvəl beyin insultu keçirmişdi. Bir neçə gün öncə yenidən vəziyyəti pisləşmişdi. Canəli Əkbərov 1940-cı ildə Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub.