Müğənni Nadir Qafarzadə Mədəniyyət TV-nin onu "qara siyahı"ya atdığını iddia edib.
HİT.az xəbər verir ki, bu barədə o, instaqram hesabında məlumat yayıb. Nadir konsertlərin birindən görüntüsünü paylaşaraq bu sözləri yazıb: "Heydər Əliyev adına sarayda qazi və şəhid ailələri üçün təşkil olunmuş konsertdən bir hissədir. Mədəniyyət kanalının rəhbərliyi oxuduğum mahnını kəsib, montaj edir. Beləliklə, efirdə mən görünmürəm".
Qeyd edək ki, sözügedən kanala Əməkdar incəsənət xadimi, tanınmış rejissor Ülviyyə Könül rəhbərlik edir.