Aşıq Zülfiyyə yeni xəbərlə gündəmə gəlib.
Bir müddət əvvəl ifaçının "1 dəqiqə" proqramına qonaq olan zaman verdiyi açıqlamalar rezonans doğurub.
Belə ki, verilişin anonsları zamanı Aşıq Zülfiyyənin bir ailəni dağıtmasını etiraf etməsi, daha sonra isə ağladığı görüntülər yer alıb.
Bu haqda açıqlama verən Zülfiyyə görüntülərin həqiqəti əks etdirmədiyini, o proqram zamanı Vətən Müharibəsi şəhidlərimiz və rəhmətə gedən anası üçün ağladığını bildirib:
"Əziz tamaşaçılar, mən sizdən xahiş edirəm ki, "ATV" kanalında yayımlanan anons sizi narahat etməsin və çaşdırmasın. O kadrlar müəyyən fikirlərdən yığılıb hazırlanıb.
Orada elə göstərilir ki, guya kiminsə ailəsini dağıtmışam. Amma mən orada demişəm ki, dərddən söhbət düşəndə mən öz dərdimdən utanıram. Orada şəhidlərimizin görüntüləri göstərilib, mən onlara baxanda kövrəlmişəm".