Mətanət İsgəndərlinin nəvələri Cananadan alındı - FOTO

MAQAZİN
12:19 / 28.10.2021
1508

Bu gün əməkdar artist Mətanət İsgəndərlinin gəlini Aynur Həmidovanın (Canana) əri Kərim Həmidova qarşı boşanma və uşaqların ananın himayəsinə verilməsi iddiası üzrə məhkəmə prosesi keçirilib.

HİT.az xəbər verir  ki, Binəqədi Rayon Məhkəməsində Etibar Mustafayevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, ailənin hər üç övladı atanın himayəsinə verilib.

Bu barədə Canana  sosial media hesabı "Instagram"dan məlumat paylaşaraq, verilən qərarın ədalətsiz olduğunu bildirib. Cananın vəkili Namiq Hacıyev qərardan narazı olduğunu, apellyasiya şikayəti verəcəyini ifadə  edib. 

Qeyd edək ki,  Mətanət İsgəndərlinin oğlu Kərimlə xanımı Canana ötən il ayrılıb. Cütlüyün bu nikahdan üç övladı var.

0