Müğənni Təranə Qumralın şəhid qardaşı Firdovsi Məmmədovun qızı Canka ailə həyatı qurub.
Oxu.Az xəbər verir ki, cütlüyün toyu şəhər restoranlarından birində keçirilib.
Mərasimdə Qumralın sənət dostları Manaf Ağayev, Nüşabə Ələsgərli, İzzət Bağırov, Afət Fərmanqızı və digərləri iştirak ediblər.
Qeyd edək ki, sənətçinin qardaşı Firdovsi Məmmədov birinci Qarabağ müharibəsi zamanı 1991-ci il dekabrın 11-də Xankəndi ətrafında gedən döyüşlərdə başından yaralanaraq şəhid olub. Firdovsi Məmmədov Milli Ordunun ilk şəhididir.
Oriyental rəqqasə olan Cankanın izdihamlı toyundan görüntüləri təqdim edirik: