"Qadın kişinin telefonuna baxırsa, uşaqlarını atasız qoyur"

MAQAZİN
10:21 / 05.11.2021
1787

Əməkdar artist Rəhman Rəhmanov açıqlaması ilə müzakirələrə səbəb olub.

Axşam.az xəbər verir ki, aktyor "Elgizlə izlə" verilişində kişi-qadın münasibətindən danışıb. O, proqrama gələn və əri tərəfindən aldadılan qadını qınayıb. Aktyor ərinin telefonuna baxan qadınları tənqid edib: "Qadının kişinin telefonuna baxması qadağandır. Nişanlı olanda olar. Amma ailəlisənsə, olmaz.

Onunla ailəni dağıdırsınız.Qadın kişinin telefonuna baxırsa, uşaqlarını atasız qoyur. Qadın kişidən dözümlü olur".

 

0