Verilişi bağlanan aparıcı başqa sahədə fəaliyyət göstərəcək

MAQAZİN
14:43 / 08.11.2021
1599

Xəbər verdiyimiz kimi,  aktrisa Zümrüd Qasımovanın "Xəzər TV"də yayımlanan "Dönə bilsəm" verilişinin yayımı dayandırılıb.

Verilişi bağlanan Z.Qasımova Hit.az-a açıqlamasında bildirib ki, hələlik televiziyaya qayıtmaq barədə düşünmür:

"Hər şeyin sonu olduğu kimi, bizim veriliş də belə bitdi. Hələlik fəaliyyətimi tearda davam  etdirirəm. Teatrda yeni tamaşalarım, məşqlərim var. Hazırda isə incəsənət mərkəzindəyəm. Burada işlər çoxdur".

Aysel Əliyeva

0