Türkiyəli müğənni Murad Dalkılıç ilə kirayə yaşadığı ev sahibi arasında problem yaşanıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ev sahibinin kirayə haqqını 25 mindən 60 min lirəyə qaldırması müğənnini özündən çıxarıb. O, vəkili ilə əlaqə yaradaraq araşdırma başladıb. Dalkılıç hələlik bu barədə açıqlama verməyib.