Kənan MM əsgərlikdən qaçıb? - VİDEO

MAQAZİN
19:22 / 09.11.2021
1762

ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı rejissor Kənan Mahmudov olub.

Tanınmış rejissor əsgərlikdə olduğu zaman komandirini aldatdığını etiraf edib:

“Əsgərlik zamanı icazə alıb Bakıya gəlmək istəyirdim. Həm diplomumu alıb hərbi hissəyə təhvil verməli idim, həm də Vəfa Zeynalovanın əkiz övladları dünyaya gəlmişdi. Görüşmək istəyirdik. Çünki İzzət Bağırov, Sevda Ələkbərzadə, Vəfa Zeynalova ilə tələbə vaxtı çox mehriban idik. Hərbi hissənin yaxınlığında telefon xəttinin getdiyi dirəklər vardı. Komandirin otağına gedən xətti tapıb ona zəng vurdum. Səsimi dəyişib komandirlə danışdım. Mənə 15 gün icazə verdi. Evə gəlib dedim ki, Bakıya gedirəm. Gəlib Vəfagillə görüşdüm. O zamanlar Zövqü adlı dostum vardı. Bakıda işlərim yaxşı deyildi deyə Naxçıvana qayıtmaq istəyirdim. O mənim biletimi cırdı, qoymadı qayıdam. Əgər Zövqü biletimi cırmasaydı bu gün Kənan MM olmazdım”.

0