Azərbaycanlı müğənninin beyninə qan sızdı - FOTOLAR

MAQAZİN
11:17 / 13.11.2021
3543

Bəstəkar-müğənni Pərviz Mahmudovun səhhətində problem yaranıb.

Bu barədə olay.az-a onun ailə üzvləri məlumat verib.

Bildirilib ki, sənətçinin bir neçə gün əvvəl beyninə qan sızıb və xəstəxanaya aparılıb. Pərviz hazırda “Leyla Medical”ın reanimasiya şöbəsindədir. Vəziyyəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, 38 yaşlı bəstəkar Aygün Kazımova, Röya Ayxan, Brilliant Dadaşova, Sevda Yahyayeva kimi sənətçilərə mahnılar bəstələyib. Evlidir, 2 övladı var.

1