Xatirə İslam Nazirliyi tənqid etdi - FOTO

MAQAZİN
11:56 / 30.11.2021
2620

Müğənni Xatirə İslam sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, sənətçi instaqram hesabında xərçəngdən əziyyət çəkən Əməkdar artist Novruz Qartaldan yazıb. Xatirə onunla maraqlanmadığı üçün Mədəniyyət Nazirliyini tənqid edib:

"Mənə çox maraqlıdır. Mədəniyyət Nazirliyi Əməkdar artistinə, mədəniyyət işçisinə niyə dəstək olub, köməklik göstərmir? Bu sənətkara kömək etmək kimin işidir?"

Qeyd edək ki, bir neçə gün əvvəl Novruz Qartalın həyat yoldaşı Zərqələm Əliyeva "Elgizlə izlə" prorqamına çıxaraq ərinin ağır vəziyyətdə olduğunu, maddi cəhətdən də çətinlik çəkdiyini, xəstəxana ödənişlərini ödəyə bilmədiyini və 42 ildir kirayədə yaşadığını deyib.

2