Ötən gün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata əsasən, yanğın qısa müddətdə qurumun yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İlkin məlumata əsasən, hadisə elektrik kabellərinin keçdiyi şaxtada baş verib. Yanğın zamanı sakinlər təhlükəsiz əraziyə təxliyə olunub.
Evi yanan şəxslər arasında bir neçə həftə əvvəl ailə həyatı quran aktrisa Asya Atakişiyeva ilə həyat yoldaşı Əmrah Dadaşov da olub. Onlar yanğın zamanı xəsarət alıblar. Bu haqda Əmrah Dadaşov özü məlumat verib:
"Möcüzə idi. Ölümlə bizi sadəcə 5 saniyə ayırırdı. Özümdə zorla güc toplaya bildim, Allah bizi saxladı. Xəsarət alsaq da, hazırda vəziyyətimiz ortadır"./BAKU.WS