Müğənni Afət Fərmanqızı bahalı libası ilə gündəmə gəlib.
Sənətçi "Tarixin bir günü" verilişinə boz rəngli brilliant qaşlarla bəzədilən geyimlə qatılıb.
Bahalı libasından danışan Fərmanqızı geyimin paytaxtda yerləşən moda evlərindən birində xüsusilə onun üçün hazırlandığını bildirib. Diqqət çəkən məqamlardan biri də paltarın boyun hissəsində bahalı boyunbağının olmasıdır.
Afət Fərmaqnızı daş-qaşla bəzədilən ağır çəkili libasının qiymətinin 50 min AZN olduğunu bildirib./BAKU.WS