"Müasir cəmiyyət bizi arxanda duracaq adamın yoxdursa, evlənmədinsə uğursuzmuşsan kimi göstərə bilir... Amma elə deyil!"
Bunu türkiyəli aktrisa Damla Sönmez Türkiyə mediasına müsahibəsində deyib.
HİT.az aktirisanın müsahibəsini təqdim edir:
Damla Sönmez bu aralar bir layihədən digərinə qaçarkən, bir yandan da Fransada təzə işləriylə maraqlanır. Şəxsi həyatından danışmağı sevmir, danışmadı da.
- İlk dəfə "Deniz Seviyesi" filmindən sonra görüşmüşük, üstündən yeddi il keçib. Bu yeddi ildə nələr dəyişdi?
- Keçən həftə sən verdiyin hesabatda demiştin e, "insanın özü haqqında danışması çox çətindir"(gülür)
- Məni mənim cavablarımla vurma amma...
- (Gülür) Ayrıntılarda boğulan biriyəm, onu özümü azarlanmayacaq bir yerə çəkməyə çalışıram. Çox səbirsizəm. Səbirsizliyimdən biraz xilas olmağa çalışıram. Keçmişdə "30 yaşı keçmədən bəzi şeyləri anlamırsan" deyərdilər. Əslində tam olaraq kimliyimiz dəyişməsə də qavrayışlarımız, nə yaşadığın olmasa da necə yaşadığın dəyişir.
- Həyatı gənc yaşdan etibarən mükafatlarla yaşamaq necə bir hisdir?
- İlk "Altın Portakal" aldığım vaxt 22 yaşında idim. Festivala getmədim hədiyyəmi çatdırdılar.
- Davamlı oldumu?
- Bir layihədə hədiyyə aldınız deyə bütün hədiyyələri siz alacaqsınız deyə bir şey yoxdur.
- İllərdir aktrisa kimi çalışırsan. Bu həyatda ən çox nəyin həsrətini çəkirsən?
- Hüzurlu bir həyat.
- Sənin sənətin üçün bu utopik bir xəyal deyilmi?
- Çox çətindir. Halbuki mən tam bir ev qadınıyam. 23:00 kimi yatıb 6:00-da oyanıram. Həyatımda özümü daha yaxşı hiss etdiyim başqa bir dövr yoxdu.
- Sevgiyə münasibətin?
- Sevgi çiçəyə, heyvana da ola bilər (gülür)... Sevgi göylərdə yaşanan deyil, göylərdə olan bir şey sevgiyə dönüşdüyündə gözəl olur.
- İndi aşiqsən?
- Həyata, dostlarıma aşiqəm (gülür) ... Məcbur etmə, bu suallara cavab verməyəcəyəm.
- İndi həyatda nələrə dair şikayətin var?
- Qadına və uşaqlara şiddət, təcavüz. Təcavüzü anlamıram, anlamaq da istəmirəm. Bunları rədd edirəm.
Elnarə Qalamova