Məşhur müğənni 21 yaşlı qızını evdən qovdu - Efirdə dediklərinə görə (FOTO)

MAQAZİN
09:03 / 20.12.2021
2870

Rusiyalı müğənni Maşa Rasputina yenindən qızını evdən qovması ilə gündəm olub.

Hit.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 21 yaşlı Mariyanın evdən qovulmasına səbəb onun bu günə kimi valideynləri və ogey qardaşı haqda mətbuata verdiyi qalmaqallı açıqlamalardır.

İddiaya görə, Maşa Rasputina qızı Mariyanın açıqlamalarının qarşısını ala bilmədiyi üçün hətta  övladının qatıldığı verilişin rəhbəri Andrey Malaxovu hədələyib.

Amma bu da Mariyanın ailəsi haqda açıqlamalarının qarşısını alması üçün kifayət etməyib.   

Təngə gələn ifaçı çarəni qızını evdən qovmaqda görüb. Mariya hazırda otellərin birində qalır.

"Bundan sonra bütün ümidim balaca qızım Maşayadır. Onun yaxşı övlad olacağına inanıram" deyə, müğənni  qeyd edib.

Daughter of Masha Rasputina: true or black PR? - celebrities 2021

21-year-old daughter Masha Rasputina accuses brother of harassment | Top  news today in Russia

0