Səbuhi Xanlarov ehtiyatda olan polis zabiti imiş: \"DİN-dən pensiya alıram\" - VİDEO 

13:10 / 21.12.2021
5149

"2000-2008-ci illərdə polis işləmişəm. Hazırda ehtiyatda olan polis baş leytenantıyam".

HİT.az xəbər verir ki, bu sözləri aktyor Səbuhi Xanlarov deyib. Jurnalist Məhəmmədəli Qəribli ilə “Tik-Tok” sosial şəbəkəsində canlı bağlantı zamanı açıqlama verən aktyor Daxili İşlər Nazirliyindən təqaüd aldığını bildirib.

"15-16 oktyabr hadisələrində xidmətlərim olub. Ayağımda 421 ədəd dəmir mil var. Mənim sağ ayağım dəmirdən yığılıb" deyə Səbuhi Xanlarov bildirib.

4