Türkiyənin məşhur müğənnisi Seda Sayanın oğlu Oğulcan Enginə ev hədiyyə edib.
Hit.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni övladının evləndikdən sonra yaşaması üçün İstanbulun Nişantaşı səmtində 300 kvadratmetr sahəsi olan əmlak alıb.
Sənətçi ev üçün 30 milyon lirə (təxminən 3 milyon 765 min manat) ödəyib.
Qeyd edək ki, Oğulcan Engin hazırda aktrisa Miray Danerlə eşq yaşayır.