Məşhur aktyor xəstəxanalıq oldu

MAQAZİN
12:34 / 23.12.2021
1824

Aktyor Kubilay Aka yenidən xəstəxanalıq olub.

Axsam.az türk mediasına istinadən xəbər verir ki, dostları ilə futbol oynayan aktyor yıxılaraq qabırğasını zədələyib. Qabırğası çatlayan Kubilay dərhal xəstəxanaya çatdırılıb. Gecəni reanimasiyada keçirən aktyor hazırda müalicəsini evdə davam etdirir. 

Qeyd edək ki, Kubilay bir neçə ay bundan əvvəl də yıxılıb. Başından yaralanan aktyorun yarasına 12 tikiş qoyulmuşdu.

O, bu yaxınlarda aktrisa Canan Ergüderin baş rolunu canlandıracağı "Oğlum" adlı serialla izləyicilərin qarşısına çıxmağa hazırlaşır.

0