Türkiyəli tanınmış aktrisa Ayşe Tolqa evinə təmizlik üçün gələn işçi tərəfindən qarət edildiyini açıqlayıb.
Hİt.az xəbər verir ki, aktrisa itkisinin 1 milyon lirəyə yaxın olduğunu bildirib.
O, iki ildir evində təmizlik işlərinə baxan H.T. adlı qadını qonşusuna da tövsiyə edib. Bunun ardında onun getdiyi evdə oğurluq etdiyi ortaya çıxıb. Ayşe bu iddiaların ardından zinət əşyalarını saxladığı kassaya baxıb və 1 milyon lirə dəyərində olan aksesuarlarının orada olmadığının fərqinə varıb.
Aktrisa hadisə ilə bağlı ölkə prokurorluğuna şikayət edib. Faktla bağlı cinayət işi açılıb.