Məşhur aktyor küçədə yaşayan 25 veterana ev hədiyyə etdi - Fotolar

MAQAZİN
09:17 / 25.12.2021
2226

Dünyaca məşhur ulduz Arnold Şvartsnegger örnək addımı ilə gündəmə gəlib.
Kaliforniya ştatının keçmiş qubernatoru olan aktyor Los-Ancelesdə küçədə yaşayan 25 veterana ev hədiyyə edib. Bu barədə o, İnstaqram hesabında fotolar paylaşaraq məlumat verib.

Arnold kiçik yaşayış bloklarının quraşdırılması üçün ümumilikdə 250 min dollar pul xərcləyib. Evlər kondisioner, elektrik, çarpayı və istiliklə təchiz olunub.

Veteranlar artıq orada məskunlaşmağa başlayıblar.

0