Türkiyənin Milli Müdafiə Nazirliyi tərəfindən müğənni Bülənt Ərsoyun Anıtqəbir muzeyinə səfəri zamanı əlində çətir tutan əsgərlə bağlı başladılan istintaq yekunlaşıb.
HİT.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərara əsasən, Anıtqəbir və qrup komandiri olan şəxs vəzifələrindən azad edilib.
Qeyd edək ki, yağışlı havada əsgərin B.Ərsoy üçün çətir tutaraq dayanması sosial media izləyiciləri tərəfindən tənqid olunmuşdu. Onların çoxu dövlət məmurunun işinin çətir tutmaq olmadığını bildirmişdi.