Əməliyyatdan  sonra çəkilişə gedən müğənni xəstəxanalıq oldu

21:38 / 15.01.2022
1983

"Tam vaxtıdır" verilişinin çəkilişinə qatılan müğənni Vüqar Muradovun başına iş gəlib.

Axşam.az xəbər verir ki, ayağından əməliyyat olunan sənətçi bir neçə gün sonra çəkilişə yollanıb. Həmin vaxt Vüqarın tikiş yerləri sökülüb və ayağından qan axmağa başlayıb. Sənətçi dərhal xəstəxanaya yollanıb.

Qeyd edək ki, ötən il futbol oynayarkən Vüqar yıxılıb və ayağından zədə almışdı. "İstanbul NS" klinikasında əməliyyat olunan sənətçinin ayağına millər qoyulmuşdu. Bir neçə gün əvvəl isə əməliyyatla həmin dəmirlər Vüqarın ayağından çıxarılıb

0