156 milyonluq sərvəti bölüşdürüləcək

MAQAZİN
19:54 / 17.01.2022
1966

Dünya şöhrətli müğənni və bəstəkar Prinsin ölümündən sonra varislərinin başlatdığı hüquqi mübarizə yekunlaşıb.

HİT.az xəbər verir ki, 5 illik məhkəmə prosesinin sonunda mərhum ifaçının əmlak dəyəri məlum olub.

Ölməzdən əvvəl mirasını açıqlamayan sənətçinin sərvətinin ümumi dəyəri 156,4 milyon dollar təşkil edir.

Daha əvvəl ABŞ-da gəlir xidmətləri sahəsində fəaliyyət göstərən "Daxili gəlir xidməti" ilə "Comerica Bank & Trust" adlı miras idarəçiliyi qurumu Prinsin aktivlərinin məbləği ilə bağlı fərqli rəqəmlər açıqlayıb.

Dövlət qurumu Prinsin sərvətini 163,2 milyon dollar, “Comerica Bank & Trust” isə 82,3 milyon dollar dəyərində tanıyıb.

Miras gələn ay vərəsələr arasında bölünəcək.

Qeyd edək ki, Prins 2016-cı il 21 aprel tarixində 57 yaşında evində ölü tapılıb. Onun narkotik tərkibli dərmanlardan həddindən artıq çox istifadə etdiyi üçün dünyasını dəyişdiyi bildirilib.

0