"Tualet təmizləyir, sürücülük edir, dayanacaqda yatırdım"

MAQAZİN
22:46 / 22.01.2022
2006

Türkiyəli aktyor Kərəm Bürsin "Orda rahat mısın? verilişində qonaq olub.

Axşam.az xəbər verir ki, aktyor daha əvvəl xarici ölkədə yaşadığı üçün Türkiyəyə gələndə dil problemi yaşadığını və bu səbəbdən bir çox müraciətinə imtina cavabı aldığını bildirib. O, karyerasının başlarında tualet təmizlədiyini, sürücülük etdiyini etiraf edib:

"Aktyorluq sənətini həqiqətən istəyirəmmi, bunu bacaracağammı kimi suallar məni düşündürürdü. Hətta "Muhteşem Yüzyıl"da çəkilmək üçün seçimlərə qatılmışdım, qəbul etmədilər. "Güneşi beklerken" serialındakı rolum isə karyeramda sıçrayış oldu.

O vaxtlar ofisiant işləyir, idman zalının tualetini təmizləyir, çirkli dəsmalları yuyur, sürücülük edirdim. Sosial media şirkətində belə yarım iş günü çalışırdım. Arada seçmələrə qatılırdım. Gecələr dayanacaqda yatırdım".

Qeyd edək ki. Kərəm sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu ifa edib.

0