"Qarşıma məqsəd qoydum ki, digərləri kimi ancaq pop oxumayacam: konservatoriyaya qəbul oldum, rok oxudum. Musiqinin bütün janrlarını öyrəndim. Yalnız pop musiqisi ilə yola vermək istəmədim. Sabah lazım gəlsə müəllim kimi çalışacam. Vokal dərsi belə deyə bilərəm".
Hit.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova "Sənətdən kənar" proqramında deyib. Sənətçi Əməkdar artist Sənubər İsgəndərlinin yaradıcılığındakı durğunluqla bağlı sualını cavablandırıb:
"Pəncərə" hitini axı ailə qurandan sonra təqdim etmişəm. Sənətin dərinliyinə getdikcə insanlara maraqsız oldu. Amma şadam ki, illərimi özümə faydalı işə sərf etmişəm. Mənə qalan aldığım təhsil olacaq. Elə təəssürat yarandı ki, ailə qurandan sonra karyeram yarımçıq qaldı. Buna çox pis oluram. Sənət adamları arasında dörd, beş uşağı olanlar var. Amma mən gözə girirəm. Düşünürəm ki, gördüyüm işlərlə göz önündə olan mənəm. İnsanlar da düşünür ki, dörd uşaqla bunu necə çatdırırsan?".
Elnarə fəxri adlarla bağlı da açıqlama verib:
"Mən də fəxri ad istəyirəm: Vaqif Gərayzadə, Vüqar Camalzadə, Gövhər Həsənzadə, Almaz Ələsgərli, Aygün Bəylər üçün... Bizdən öncə böyüklər var, onlar üçün istəyirəm".