Aktrisa Sonaxanım Əliyevaya ağır itki üz verib.
Axşam.az xəbər verir ki, sənətçinin anası dünyasını dəyişib. Bu haqda Sonaxanım özü məlumat yayıb.
"Ana... Sən məni nəfəsinə həsrət qoydun. Allah sənə rəhmət eləsin" deyə, aktrisa bildirib.
Qeyd edək ki, Sonaxanım bir müddət əvvəl anasının ondan imtina etdiyini söyləyib. "Atasız böyümüşəm, ana satqınlığı, ər xəyanəti görmüşəm. Bəsdirin məni müzakirə etdiniz" deyə, o, açıqlamasında deyib.