"Вечерний Ургант" şousunun növbəti qonağı aparıcı Kseniya Sobçak olub.
Hit.az xəbər verir ki, müğənni Qriqoriy Lepslə bağlı etiraf edib.
O bildirib ki, Leps Yuliya Baranovskoya ilə eşq yaşayır. "İndi Leps subay deyil. Onun kimlə görüşdüyünü bilməlisiniz. Mən burada açıqlayıram, sən də istəsən hamıya yay" deyə, Sobçak Urqanta söyləyib.
Kseniya bu açıqlamanı verərkən mikrofonların söndürüldüyünü hesab edib.
Xatırladaq ki, Teleaparıcı və aktrisa Kseniya Sobçak Sankt-Peterburq meri Anatoli Sobçakın və Federasiya Şurasının keçmiş üzvü Lüdmila Narusovanın qızıdır. Anatoli Aleksandroviç Sobçak 1991-ci ildən 1996-cı ilə qədər Sankt-Peterburqun meri olub.