Türkyənin "Fox" telekanalında yayımlanan "Maske kimsin sen" adlı musiqi yarışması yayımdan qaldırılıb.
Hit.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, veriliş 1 həftə sonra erkən final edəcək.
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası olan sənəd dərc edilib. Prezident müvafiq qurumlara bu tip proqramlarla bağlı konstitusiya və qanunlardan irəli gələn sanksiyaların tətbiq edilməsini tapşırıb.
Qeyd olunub ki, "milli-mənəvi dəyərlərin sarsılmaması, ailə, uşaq və gənclərin qorunması üçün" bu cür addımlar atılmalıdır.
Bundan əvvəl isə Türkiyədə radio və televiziya yayımını dəstəkləyən RTÜK də bəzi sosial media istifadəçilərinin layihə haqqında işlətdikləri bütpərəstlik və şeytanın təbliğ edilməsi iddialarını araşdırmağa başlamışdı.
Xatırladaq ki, proqramın münsif kürsüsündə Melis Sezen, Alican Yücesoy, Doğu Demirkol və Eda Ece əyləşir. Verilişin aparıcılığı isə Tansel Öngelə həvalə olunub.