Bir neçə gün əvvəl vəfat edən "Yeşilcam" ulduzu Fatma Girikin ölümü ilə bağlı yeni məlumat yayılıb.
Hit.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərhumun qardaşı Günay Girik aktrisanın müalicə olunduğu xəstəxanadan şikayətçi olub.
Günay Girik bacısının cinayət qurbanı olduğunu iddia edib:
"Bacım ölümcül xəstə deyildi. Koronavirusa xəstəxanada yoluxub. Hər zaman olduğu kimi müayinəyə getmişdi. Göz görə-görə cinayətdir. Bu hadisənin haradan qaynaqlandığını tapdım. Şübhələndiyim üçün işin üzərinə düşdüm".
Qeyd edək ki, 5 gün xəstəxanada müalicə olunan Fatma Girikin döş qəfəsi infeksiyasına yoluxduğu və onun həyatını xilas etmək mümkün olmadığı bildirilmişdi.