Hollandiyada De Hef kimi tanınan məşhur Koningshaven körpüsünün orta hissəsi Ceff Bezosun super yaxtasının oradan keçə bilməsi üçün qismən söküləcək.
Hit.az xəbər verir ki, 430 milyon avro dəyərində olan nəhəng, üç dirəkli yaxta ölkənin Cənubi Hollandiya əyalətindəki Albasserdam şəhərində gəmiqayırma şirkəti "Oceanco" tərəfindən istismara verilib.
Lakin gəminin açıq dənizlərə çıxması üçün Rotterdamdan keçməlidir və körpü 40 metrlik eni üçün çox böyükdür.
Bu problemi aradan qaldırmaq üçün körpünün orta hissəsinin söküləcəyi və bütün əməliyyat xərclərinin Bezos tərəfindən qarşılanacağı açıqlanıb.
De Hefin tarixi 1878-ci ildən başlayır. Onun müasir versiyası 1927-ci ildə təqdim edilmişdir. İkinci Dünya Müharibəsi zamanı bombalardan böyük ziyan görən körpü şəhərdə bərpa edilən ilk tikililərdən biri olub.